Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

12 Avqust 2017 - 21:30

Qaxda 70-dən çox sürücü saxlanılıb

5fedad52-97da-4e14-ba7d-faa2971e5f0a

Qax Yol Polisi Şöbəsi “Təmiz hava” aylığı çərçivəsində rayonda reyd keçirib.

Gununsesi.info “Report”a istinadən bildirir ki,reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.
Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb, normalara cavab verməyən avtomobillərin sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib, sürücülərə cərimə protokolu yazılıb.
Yol polisi əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb.
İki saatdan artıq davam edən reyd zamanı 70-dən çox sürücü saxlanılıb. Normadan artıq dəm qazı ixrac edən 22 avtomobilin sürücüsünə inzibati protokol yazılıb.
Qeyd edək ki, reydlər avqustun sonuna qədər davam edəcək.

Gununsesi.info