XƏBƏR LENTİ

15 Dekabr 2017

18 Noyabr 2017 - 19:54

Qaxda mağazada baş verən yanğın söndürülüb – FOTO –YENİLƏNİB


Qax şəhərinin mərkəzində mağazada baş verən yanğın söndürülüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, mağazanın Qax rayon Əmircan kənd sakini Məmmədov Baba Qədir oğluna məxsus olduğu müəyyən edilib.
Şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınan hadisə zamanı ümumi sahəsi 80 kv.m olan qarışıq mallar mağazasının anbarı və içərisində olan malların çox hissəsi yanıb.
Obyekt sahibinin “Report”a verdiyi məlumata görə, yanğın zamanı ona təqribən 200 min manata yaxın ziyan dəyib.
Mağaza əməkdaşları yanğın zamanı içəridə olduqlarını və anbarda başlayan tüstülənməni gec gördüklərini bildiriblər.
İlkin məlumata görə, yanğına anbarda olan elektrik naqillərinin əriməsi səbəb olub.
Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanan mağazanın dam örtüyü və malların bir qismi, ətrafdakı 10 mağaza yanğından mühafizə olunub.
Təhlükəsizlik nəzərə alınaraq Üzeyir Hacıbəyov küçəsində avtomobillərin hərəkəti yanğın söndürülənə qədər məhdudlaşdırılıb.
Hazırda Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
***17:56
Qax. 18 noyabr. REPORT.AZ/ Qax şəhərinin mərkəzində yerləşən mağazada yanğın baş verib.
“Report”un məlumatına görə, hadisə şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən qarışıq mallar mağazasında hələlik bilinməyən səbəbdən yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. FHN əməkdaşları yanğının söndürülməsinə və digər ərazilərə keçməsinin qarşısını almağa çalışır.

Gununsesi.info