Qaynana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar – RƏZALƏT

  • By admin
  • 25 İyul 2017 10:00
5976de655bd7b_14903560851
Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.

Gununsesi.info