Qazaxda iki maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb – YENİLƏNİB

  • By admin
  • 19 Noyabr 2017 13:30


Bakı-Qazax-Gürcüstan yolunda baş verən ağır yol qəzası nəticəsində 1 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı məlum olub.
“Report”un Qərb bürosu xəbər verir ki, qəza iki avtomobilin toqquşması nəticəsində baş verib.
***11:46
Qazax. 19 noyabr. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə yolun Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hazırda əraziyə DYP əməkdaşları və “təcili yardım” briqadası cəlb olunub.

Gununsesi.info