Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədrinin həbs müddəti uzadılıb

  • By admin
  • 27 Mart 2017 20:10

c38b9ae6-989c-4241-b195-9887782969be_292

 

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Nartay Dutbayev barəsində seçilmiş həbs təqiimkan tədbirinin müddəti 2017-ci il mayın 26-dək uzadılıb.

“Report” “Tengrinews” a istinadən xəbər verir ki, ölkə paytaxtı Astana şəhər məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

N.Dutbayevin həbsi haqqında məlumat 2016-cı il dekabrın 26-da yayılıb. Onunla birlikdə daha iki dövlət məmuru Nurlan Xasen və Yerlan Nurtayev də tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin dövlət sirrini yaymaq və səlahiyyət həddini aşmaq maddələri ilə cinyət işi başlanılıb.

Qeyd edək ki, N.Dutbayev 2001-2006-cı illərdə MTK-nin sədri işləyib.

 

Gununsesi.info