Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

14 Noyabr 2017 - 19:49

Qazaxıstan universitetində Azərbaycan dili tədris ediləcək

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda Baş konsulluğun rəhbəri Elxan Zeynalov ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, Baş konsulluqdan verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsi, həmçinin Baş konsulluq ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Müzakirələr əsasında Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində Baş konsulluq tərəfindən yaradılmış “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin fəaliyyəti yüksək qiymətləndirilib, Baş konsulluq tərəfindən təsis edilmiş və hər il Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin beş tələbəsinə Heydər Əliyev adına bir dəfəlik təqaüdün verilməsi rəğbətlə qarşılandığı və tələbələr arasında bir stimul yaratdığı vurğulanıb.

Görüşdə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında əlaqələrin genişləndirilməsi, tələbə və pedaqoqların təcrübə mübadiləsinin aparılması, Azərbaycan ali təhsil müəssisələrindən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetdə mühazirələrin oxunması üçün pedaqoqların dəvət olunması məsələlərinin Azərbaycan Respublikasının müvafiq qurumları ilə razılaşdırılması qərara alınıb.

Görüşdə həmçinin Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”ndə nəzdində Azərbaycan dilinin tədris edilməsi, 2018-ci ildə universitetdən Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirin keçırılməsi razılaşdırılıb.

Gununsesi.info