Qazaxıstanda Aİ-92 markalı benzin ucuzlaşıb

  • By admin
  • 12 Dekabr 2017 20:55

Qazaxıstanda Aİ-92 markalı benzin ucuzlaşıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hazırda bu ölkədə Aİ-92 markalı benzinin 1 litri 157-158 tenqeyə (0.80 AZN) satılır.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstan energetika naziri Kanat Bozumbayev ölkədə yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb. O bildirib ki, qiymətlər noyabr-dekabr aylarında ucuzlaşacaq. Nazir eyni zamanda deyib ki, gözlənilməz proseslər baş verməsə, qiymətlər növbəti aylarda sabit qalacaq.

Gununsesi.info