Qeyri adi dəfn mərasimi - MEYİT MOLLASIZ TORPAĞA TAPŞIRILDI (FOTO)

  • By admin
  • 23 Fevral 2018 15:20

Türkiyədə qeyri-adi hadisə yaşanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı Atila Yüksəl ürəktutmasından vəfat edib. Mərhumun vəsiyyətinə uyğun olaraq isə fərqli şəkildə dəfn mərasimi keçirilib. Belə ki, Özgün Yüksəl atasının ateist olduğunu bildirərək onun İslam dininin qaydaları çərçivəsində dəfn edilməməsini istəyib və mərasim mollasız baş tutub.

Eyni zamanda mərhumun bədəni torpağa dəyməsin deyə basdırılmamışdan əvvəl həmin yerə beton tökülüb.

Gununsesi.info