XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

12 Oktyabr 2017 - 12:22

Qeyri-neft sektoruna edilən yatırımlar 13 faiz artıb

qeyri_neft

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi  11,09 milyard manat olub.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.

DSK-nin məlumatına görə, həmin vəsaitini 41.7 faizi və ya 4,6 milyard manatı qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 73,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizini təşkil edib. Sərmayələrin mənbələrinə gəlincə, aşağıdakı kimidir

– Müəssisə və təşkilatların vəsaitləri 67,5 faiz,

– Bank kreditləri 12,2 faiz,

– Büdcə vəsaitləri 12,7 faiz,

– Əhalinin şəxsi vəsaitləri 5,5 faiz,

– Büdcədənkənar fondların vəsaitləri 1,4 faiz,

– Sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

Qeyri-neft sektoruna yatırılan kapitalın həcmi 13 faiz artıb.

Vüsalə

Gununsesi.info




loading...
Loading...