Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

17 Avqust 2017 - 19:40

Qız sevgilisinə görə atasını bıçaqladı- GÖYGÖLDƏ

bicaq

Göygöl rayonunda 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb.

Gununsesi.info Milli.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1969-cu il təvəllüdlü Budaq Vəli oğlu Abdullayev traktorçu işləmək üçün Şəmkir rayonuna gedib.

Atasının evdə olmamasından istifadə edən 25 yaşlı Qızbəsti Abdullayeva isə sevgilisini yaşadığı evə gətirib. Lakin traktorda nasazlıq olduğu üçün qızın atası evə tez qayıdıb və qızını yataq otağında sevgilisi ilə birlikdə görüb. Bu zaman ata və qızı arasında mübahisə yaranıb. Mübahisə zəmnində Q.Abdullayeva sevgilisi ilə birlikdə atasını döyüb. Sonra o mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirib və sevgilisi ilə birlikdə hadisə yerindən qaçıb.

Çoxlu qan itirən B.Abdullayev qonşuların köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağırlaşdığı üçün Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən şəxs isə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info





loading...