“Qızmar Bakı qumu” turnirinin vaxtı dəyişdirildi

  • By admin
  • 24 İyul 2017 22:05

suuu

Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında futvole üzrə “Qızmar Bakı qumu” turniri start götürəcək.

AFNA-dan Gununsesi.info-ya bildiriblər ki, iyulun 29-da keçirilməli olan turnirin vaxtı dəyişdirilib. Bakı Su İdmanı Sarayının Assosiasiyaya müraciəti əsasında yarış bir gün sonraya təyin edilib. Müraciətdə iyulun 29-da Bakı Su İdmanı Sarayında çimərlik futbolu üzrə superliqanın iki matçının keçiriləcəyi bildirilib. Beləliklə, “Qızmar Bakı qumu” turniri iyulun 30-da saat 18:30-da başlayacaq.

Turnirdə kişi və qadın komandaları iştirak edəcəklər. Bir gün davam edəcək yarışda kişilərdən ibarət səkkiz futvole kollektivi iki qrupda mübarizə aparacaq. Qruplarda ilk iki sıranı tutan kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. Qadın idmançıların mübarizəsinin də maraqla keçəcəyi gözlənilir.

Qeyd edək ki, “Qızmar Bakı qumu” yarışı avqustun 5-6-da paytaxtımızda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.

Gununsesi.info