QMİ-nin hazırladığı kitab məscidlərə paylanılır

  • By admin
  • 05 Oktyabr 2017 16:24

kitab

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “Moizələr və xütbələr” adlı kitab məscidlərə paylanılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Report-a İdarənin Fitva və moizələr şöbəsinin müdiri Aqil Şirinov məlumat verib.

O bildirib ki, yeni nəşr bütün məscidləri əhatə edəcək: “Məscidlərdə imamların əvvəlki xütbə kitabından istifadə etməsi qadağan edilməyib. Yeni nəşrdən istifadə olunması məcburi deyil, tövsiyə xarakterlidir”.

A.Şirinov gələcəkdə daha bir xütbələr kitabının işlənəcəyini də bildirib: “Mövzu genişdir və gələcəkdə bu səpkili nəşrlər yenə olacaq. Budəfəki nəşrdə 52 mövzu əhatə olunubsa, hazırlanacaq yeni nəşrdə mövzular daha geniş şəkildə işlənəcək”.

Gununsesi.info