“Qol kralı” FETÖ ilə bağlı istintaq çərçivəsində HƏBS EDİLDİ

  • By admin
  • 17 Noyabr 2017 11:24
Türkiyə milli komandasının sabiq futbolçusu Zafer Biryol həbs olunub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2003/2004 mövsümündə Türkiyə Superliqasının bombardiri olan 41 yaşlı veteran hücumçu İstanbul Baş Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlanılıb.
Həbsin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyə millisinin heyətində 7 oyun keçirib 1 qol vuran Zafer Biryol karyerası ərzində “Fənərbaxça” və “Bursaspor” kimi klubların formasını geyinib. O, 2003/2004 mövümündə “Konyaspor”un heyətində vurduğu 25 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Gununsesi.info