Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

20 Dekabr 2016 - 17:51

Qriboyedovu dini fanatiklər öldürdü, bəs Karlovu?- TÜRKİYƏ HƏR GÜN DAHA ÇOX 19 ƏSR İRANINA BƏNZƏYİR

leman

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi təkcə dünyanın baş xəbərinə çevrilmədi, həm də yada keçmişdə baş verənləri saldı. Məsələn kimsə  Frans Ferdinanda qarşı törədilən sui qəsdi xatırladı, kimsə Qriboyedovun öldürülməsi faktını. Əlbəttə , Frans Ferdinandı xatırlayanlar hadisədən daha uzaq nəticələr çıxaranlardır. Çünki, bilirsiz ki, Avstriya-Macarıstan taxt-tacının  vəliəhdi Frans Ferdinandın Sarayevoda öldürülməsi bəhanəsi ilə Birinci dünya müharibəsi başlandı. Ferdinand Avstriya-Macarıstan Ordusunun baş komandanıydı, onu öldürən isə Serbiyadan gəlmiş terrorçu qrupun üzvü Qavrilo Prinsip. Prinsip etibarilə də bu insident Dünyanı müharibə ocağına çevirdi.  Karlovun öldürülməsindən uzaq nəticələr çıxaranlar da Rusiya ilə Türkiyə arasında müharibə olacağını ehtimal edənlərdir. Hərçənd hadisə baş verəndən sonra hər iki dövlətin rəsmi şəxslərinin verdiyi açıqlamalar bu ehtimalı sıfıra endirib. İndi gələk Qriboyedov məsələsinə. Aleksandr Qriboyedovu orta məktəbdə oxuyanda siyasətçidən də qabaq rus ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanımışıq.Onun “Ağıldan bəla”sı ədəbiyyat düşkünlərinin   ağlını başından alan əsərlərdən idi.  Amma tarix kitabları bizə onu  həm də dekabristlər üsyanının fəallarından biri kimi tanıtdı. Sonra Azərbaycan üçün çox mühüm bir hadisədə bu adamın adına rastladıq. Söhbət Türkmənçay müqaviləsindən gedir ki, bu müqavilənin şərtlərinə görə, Arazın şimalı çar Rusiyasına, cənubu isə İranın əlinə keçirdi və o müqavilənin şərtlərini  hazırlayanlardan biri də çar Rusiyasının İrandakı səfiri Aleksandr Qriboyedov idi. Elə ermənilərin İrəvana köçürülməsi məsələsi də deyilənlərə görə bu adamın başının altından çıxıb. Qriboyedov belə siyasi oyunbazlıqları sevsə də, İranı qətiyyən sevmirdi. Bu ölkəyə antipatiyasını o həyat yoldaşına məktubunda belə təsvir edirdi.” Bir az əvvəl şəhərə gəzməyə çıxmışdım. Zəngin məscidlər, bazar, karvansara İran dövlətinin özü kimi xarabazarlıq təsiri bağışladı.”Sevmədiyi İranda ona münasibət də fərqli deyildi. Qriboyedovun ərköyün xarakterini, açıq-saçıq davranışlarını bu ölkədə təqdir etmirdilər. Yumşaq desək, onun əlindən yığmışdılar. Belə bir vaxtda Qriboyedov ağrımayan başına özü  yaylıq doladı. Şahın vəzirinin hərəmxanasından erməni əsilli iki siğəli arvadı səfirliyə gətirməklə öz həyatının da sonunu gətirmiş oldu. Oxuculara təfərrüatlar maraqlı olar deyə hadisəni qısaca nəql edirəm. İranda müsəlmanlığı qəbul edən Yaqub xan adlı xristian öz şəhərinə -Tiflisə qayıtmaq istədiyini Qriboyedova bildirir. Güman ki, o, Ağa Məhəmməd Şah Qacarın əsir götürdüyü  və İrana gətirdiyi xristian əsirlərdən idi. Hər halda o 30 ildən artıq bir vaxtda Fətəli Şahın sarayında qulluq edirdi. Qriboyedov Qafqaz əsilli xristian əhalinin istədikləri vaxt İranı tərk etmək hüququ haqdaTürkmənçay müqaviləsindəki bəndi  xatırlayır və ona icazə verir. Onda həmin adam  vəzir Asəf-əd Dövlənin sarayındakı iki erməni qadının da vətəninə dönmək arzusunu səfirə çatdırır. Deyir ki, vəzir onları zorla müsəlman edib, başlarını bağlayıb və s. Qriboyedov həmin qadınların səfirliyə gətirilməsi göstərişini verir. Bundan hiddətlənən vəzir Asəf əd Dövlə namusunun tapdalandığı arqumentilə bütün Tehranı ayağa qaldırır. Tehranın Adinə məscidindən hərəkətə keçən kütlənin qarşısını heç nə və heç kim ala bilmir. Radikal dindarlar səfirlikdə qarşılarına keçən hər kəsi qılıncdan keçirirlər. İki gün ərzində meyidləri təhqir edir, atın quyruğuna bağlayaraq şəhərdə sürüyür, sonra isə bir quyuya doldururlar. Səfir Qriboyedovun tanınmaz hala düşən meyidini bir neçə gündən sonra  Tiflisə aparmaq mümkün olur.

Rusya'nın Ankara Büyükelçisi Andrey Karlov, Ankara'da katıl

Yəni dediyim o ki, dini fanatizm hər şeyə qadirdir. Bu mənada Türkiyənin bu günkü mənzərəsinin əlavə şərhə ehtiyacı yoxdur. Qısaca demək olar ki, din müasir Türkiyəni 19-cu əsr İranına hər gün bir az daha yaxınlaşdırır. Hərçənd İrandan götürülməli bir mühüm cəhət var ki, o da ölkənin təhlükəsizliyi məsələsidir. 1979-cu ildə İran İnqilabının baş verdiyi dönəmdə İslam İnqilabının lideri Xomeynini öldürmək üçün onun Qum şəhərindəki iqəmətgahına uçan iki Amerika qırıcısını inqilab fədailəri havadaca məhv etmişdilər. O vaxtdan İranın təhlükəsizlik sistemini heç nə sarsıda bilməyib. Türkiyədə isə az qala hər gün bir terror həyata keçirilir. Bu dəfə bəlaya səfir Karlov düşdü. “Ağıldan bəla”nın müəllifinin sələfi. Deməli, həqiqətən də tarix təkrar olunurmuş!

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info

 





loading...