Qubada 17 dərəcə şaxta qeydə alındı - FOTO

  • By admin
  • 23 Yanvar 2017 13:26

quba-qar

Yanvarın 22-dən başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Gununsesi.info xəbər verir ki, havanın kəskin soyuması həm də qarla müşayiət olunub. Quba və Qusarın ucqar yaşayış məntəqələrinə daha çox yağıntı düşüb. Ən çox qar Qubanın Qırız, Qusarın Ləzə kəndlərinə yağıb. Bu ərazilərdə qarın hündürlüyü 15 santımetrə çatır. Ən aşağı temperatur isə Quba rayonunun Xaltan kəndi ərazisində qeydə alınıb – mənfi 17 dərəcə.

Qarın yağması ilə əlaqədar ucqar kəndlərə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, ciddi problem yoxdur.

Gununsesi.info