Qubada oğul atasını güllələdi

  • By admin
  • 21 Noyabr 2017 12:35

Quba rayonunda oğul atasını güllələyib.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, rayonun Qonaqkənd kəndində 23 yaşlı Xəyal Əhmədov atası, 52 yaşlı Məhəmməd Əhmədovu ov tüfəngi ilə vurub. Xəsarət alan şəxs ötən gün axşam saatlarında Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Daha sonra isə Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırmalar aparılır.