Qüdrət Həsənquliyev AzTV-yə 32, İTV-yə isə 12 milyon manat ayrılmasına etiraz etdi - HAVAYI YERƏ BU KANALLARA...

  • By admin
  • 01 Dekabr 2017 13:20

Milli Məclisdə Azərbaycanda ingilis dilində televiziya kanalının yaradılması təklif edilib. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, Ukraynada, Qazaxıstanda və digər postsovet ölkələrində artıq sırf ingilis dilli kanal var.

O, gələn ilin dövlət büdcə layihəsində Azərbaycan Dövlət Televiziyasına (AzTV) 32, İctimai Televiziyaya (İTV) isə 12 milyon manat ayrılmasına da etiraz edib: “Havayı yerə bu kanallara büdcədən bu qədər pulun ayrılması nəyə lazımdır? Bunlara ayrılan vəsaitləri sırf ingilis dilli kanalın yaradılmasına yönəltmək lazımdır. Biz gələn il milyonlarla pul sərf edərək turistlərin cəlb edilməsini nəzərdə tutmuşuq. Bunun üçün informasiya təbliğatımız yetərlidirmi? Xeyr. Ona görə də belə bir kanalın açılması zəruridir”.

Gununsesi.info