Qurban Qurbanov Azərbaycan millisinin 2 futbolçusunu cəzalandırıb

  • By admin
  • 23 Mart 2018 22:38


Azərbaycan millisinin futbolçuları Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, bildirib ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar:

“Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil”.

Matç Belarus yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Gununsesi.info