Qusarda 29 yaşlı kişi intihar edib

  • By admin
  • 14 Dekabr 2017 19:10


Qusarda intihar hadisəsi olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Kalanxur kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədbəyov Sahil Kamiloviç özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb. Onun psixi problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info