“Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də türkdür” - BAXÇALI

  • By admin
  • 21 Yanvar 2017 13:00

bagcali

Türkiyədə müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlət Bağçalı da “Receb İvedik” filmindəki boks səhnəsinə reaksiya verib.

Gununsesi.info xəbər verir ki, Bağçalı bir filmdəki boks səhnəsinin iki millətin tarix və mədəniyyət bağlarını incitməməli və bu bağların zədələnməsinə heç kimin icazə verməməli olduğunu deyib.

MHP sədri məsələ ilə bağlı açıqlaması zamanı bunları deyib:

“Coğrafi məkanlarımız ayrı, dövlətlərimiz fərqli ola bilər, amma biz eyni millətin, ürəkləri bir atan övladlarıyıq. Ayrı-seçkiliyimiz yoxdur.

Bakıda mahnı, Ankarada oyun havasıyıq. Gəncədə dastan, Dumlupınarda zəfərik. Xocalıda gözyaşı, Qarsda duayıq.

Bir yanımız Bəxtiyar Vahabzadədirsə, digər yanımız Mehmet Akif Ərsoydur.

Qubada səs verən balaban, Xızıda dilə gələn tar, Ərzurumda vuran barabanın, İstanbulda ötən neyin əkiz qardaşıdır.

Mustafa Kamal, nə qədər türkdürsə, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də türkdür, türkün fəxr siyahısının zirvələridir”.

Gununsesi.info