VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017

16 Sentyabr 2017 - 09:00

“Reproduktiv sağlamlıq haqqında qanun layihəsinin qəbulu çox vacib və əhəmiyyətlidir”- MİLLƏT VƏKİLİ

qenire

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında bir sıra xəstəliklərin artmaması üçün əhali arasında geniş tibbi maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac olduğunu və reproduktiv sağlamlıq haqqında qanunun təcili qəbul olunmasına böyük ehtiyac olduğunu deyib.

“Əhalinin geniş tibbi maarifləndirilməsinə böyük ehtiyac var və bu vacib məsələlərdən biri olmalıdır”-, deyən  millət vəkili Qənirə Paşayeva MM-in Səhiyyə komitəsinin iclasızamanı  bildirib ki,  qəbul olunan qanunların mahiyyətinin sadə insanlara çatdırılmasında, maarifləndirmə işində ciddi addımların atılmasına böyük ehtiyac var.Özəlliklə sağlamlıq, tibb, səhiyyə sahəsində, çünki bu sahə hər bir insanı ciddi maraqlandırır.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, ana və yenidoğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin xüsusilə KİV vasitəsilə geniş maarifləndirilməsinə böyük ehtiyac var. Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən millət vəkili Qənirə Paşayeva Azərbaycanda da sosial reklamlar bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb. Sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan KİV-i də bu məsələyə daha geniş önəm və yer verməyə çağırıb.

“Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və bu istiqamətdə qanunvericilik sahəsində də gərəkirsə, addımlar atılmalıdır. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Hər bir insan ən azı özünün sağlamlığı üçün elementar tibbi biliklərə malik olmalı, bu sahədə hüquqlarını və qanunla müdafiəsini bir az da olsa, bilməlidir”.

Bu gün çoxlu sayda xəstəliklərin sürətlə artdığını, bəzən insanların elementar tibbi bilgisizlik üzündən ona yoluxması və ya vaxtında addım atmaması üzüzndən həyatının risqə girməsi hallarının azalmadığını deyən millət vəkili Qənirə Paşayeva xüsusilə kəndlərdə və kənd bölgələrində tibbi maarifləndirmənin genişləndirilməsinə böyük ehtiyac olduğunu dedi.

Millət vəkili Qənirə Paşayeva həmçinin “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin qısa zamanda qəbulunun vacibliyindən danışıb: “Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini tez qısa zamanda  müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir.

Bu baxımdan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin yaxın zamanlarda qəbulu çox vacib və əhəmiyyətlidir”.

Gülnaz Qənbərli

Gununsesi.info




loading...
Loading...