Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə

  • By admin
  • 19 Fevral 2018 14:40
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanı keçiriləcək.
Mərkəzdən Gununsesi.info-ya verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 3 mart saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 3 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. İmtahanda sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.
Gununsesi.info