Rezidenturaya sənəd qəbulu bu gün başa çatır

  • By admin
  • 22 Fevral 2018 21:00


2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu bu gün saat 23:59-da başa çatır.

Bu barədə Gununsesi.info-ya DİM-in Mətbuat xidmətindən məlumat verilib.

Qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsindən tanış olmaq olar.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiq etməlidir.

Gununsesi.info