Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

19 Oktyabr 2017 - 13:42

Riqada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir- FOTOLAR

2017.10.19. VAS “Latvijas dzelzceļš” (LDz) starptautiskās konference “Globālās transporta kustības izaicinājumi” vienuviet tikas un par nākotnes attīstību diskutēs nozares līderi no Ķīnas, Indijas, Vācijas, Krievijas, Baltkrievijas, Šveices, Somijas un Latvijas.

Riqada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir.

19-20 oktyabr 2017-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, iclasda Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, 2017-ci ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2017-ci ilin doqquz ayı əzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri, 2017-ci ilin may ayında keçirilmiş yük vaqonlarının və 2017-ci ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıya alınmasının ilkin nəticələri müzakirə olunur.

Bildirilir ki, iclasda həmçinin MDB üzv dövlətləri, Latviya, Litva və Estoniya dəmir yolu administrasiyaları arasında bağlanan Sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri, 2017-ci ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti, Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası, Dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta, 2018-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi ilə bağlı məsələlər də müzakirə olunur.

Tədbirin sonunda yekun protokolu imzalanacaq.

“Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

2017.10.19. VAS “Latvijas dzelzceļš” (LDz) starptautiskās konference “Globālās transporta kustības izaicinājumi” vienuviet tikas un par nākotnes attīstību diskutēs nozares līderi no Ķīnas, Indijas, Vācijas, Krievijas, Baltkrievijas, Šveices, Somijas un Latvijas.

2017.10.19. VAS “Latvijas dzelzceļš” (LDz) starptautiskās konference “Globālās transporta kustības izaicinājumi” vienuviet tikas un par nākotnes attīstību diskutēs nozares līderi no Ķīnas, Indijas, Vācijas, Krievijas, Baltkrievijas, Šveices, Somijas un Latvijas.

2017.10.19. VAS “Latvijas dzelzceļš” (LDz) starptautiskās konference “Globālās transporta kustības izaicinājumi” vienuviet tikas un par nākotnes attīstību diskutēs nozares līderi no Ķīnas, Indijas, Vācijas, Krievijas, Baltkrievijas, Šveices, Somijas un Latvijas.

Gununsesi.info





loading...