XƏBƏR LENTİ

20 Fevral 2018

16 Yanvar 2018 - 22:12

Rohinca müsəlmanları geri qaytarılır- YENİ QƏRAR

Banqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir.

Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb.

Eyni zamanda Myanma hökuməti geri qayıdan rohinca müsəlmanları üçün yaşayış sahələri ayırmağı öhdəsinə götürür.

Qeyd edək ki, hazırda Myanmada 30 minə yaxın rohincanın qəbul olunması üçün düşərgə tikilir.

Gununsesi.info