Rostovda fövqəladə vəziyyət elan olunub - GÜCLÜ YANĞIN ŞƏHƏRƏ XEYLİ ZİYAN VURUB - FOTOLAR+VİDEO

  • By admin
  • 22 Avqust 2017 10:36

640_1761816327192228_281922517886356684__mt6r0uf

Rostovda baş verən güclü yanğın nəticəsində 107  tikintiyə və 87 yaşayış binasına ziyan dəyib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, avqustun 21-də Rostov şəhərinin mərkəzində baş verən yanğın qısa zamanda şəhəri ram edib.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq, yanğının qarşısını almaq elə də asan olmayıb. Nəticədə yanğın 10 min kvadratmetrdən çox ərazini əhatə edib. Yanğın lokallaşdırılsa da, hələ də tam söndümrək mükün olmayıb. Sadəcə yanğının daha geniş əraziyə keçməsinin qarşısını almaq mümkün olub.

Hadisə nəticəsində onlarla adam həkimə müraciət edib və onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Yanğınla bağlı olaraq Rostovda fövqəladə vəziyyət elan olunub.

Yanğının söndürülməsinə yanğınsöndürən maşınlarla yanaşı, Mi-8 yanğınsöndürən vertolyotlar, katerlər cəlb olunub. Yanğın nəticəsində şəhərdə hava həddən artıq çirklənib ki, bu da insan səhhərinə pis təsir edir. Ona görə də müvafiq dövlət qrumları şəhər sakinlərini yanğın olan ərazidən maksimum uzaqda olmağı tövsiyyə edir.

Yanğının binaların arasındakı zibilxananın alışması nəticəsində baş verdiyi bildirilir.

1500781683

1500772846

Gununsesi.info