Roza Əliqızı İzmirdə “Xocalı – Əsrin soyqırımı” adlı görüşlərini davam etdirir - FOTO

  • By admin
  • 25 Fevral 2017 10:01

rozita-roza

“Əsgər Ailəsı” Cəmiyyətinin sədri, hərbi jurnalist  Roza Əliqızı Türkiyədə “Xocalı – Əsrin soyqırımı”  adlı görüşlərini davam etdirir.

 Gununsesi.info-nun xəbərinə görə, bu gün İzmirdə Garabağiarda Turançı gənclər arasında növbəti görüş keçirilib. Görüş iştirakçıları  Xocalıda şəhıd olanların və cəmi şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

R.Əliqızı konfransda Xocalı Soyqırımı  haqqında  görüş iştirakçılarına geniş və ətraflı məlumat verərək, ermənilərin Xocalıda etdikləri amansız vəhşilikləri faktlarla  təqdim edib.

O, çıxışında erməni vandalistlərinin  xalqımıza  qarşı 1905, 1918 , eləcə də 1988-ci ildən bəri törətdikləri terror və vəhşiklərdən danışıb: “Ermənilərin 1992-ci ildə təkcə Xocalıda törətdikləri qətliam heç bir insanlığa, məntiqə sığmır. Dinc əhalini işgənclərlə ödürdükdən sonra, meyitlərin üzərində həyata keçirdikləri zorakılıqlar bunu deməyə əsas verir. Erməni faşistlərinin isə özlərini dünyada məzlum xalq kimi tanıtması isə timsahın göz yaşlarından başqa bir şey deyil. Xocalıda qətlə yetirilənlərin ruhu qarşısında Ermənistan cavab verəcək. O gün uzaqda deyil”.

Konfransda Qarabağ müharibəsi  veteranı Tahirə Məsimzadə də iştirak edub. O, görüş oştirakçılarına  I Qarabağ  Müharibəsindən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən və Xocalı hadisələri zamanı gördüklərindən danışıb.

R.Əliqızı daha sonra qeyd edib ki, ermənilərin dədə baba düşmənimiz olduğunu unutmamalıyıq: “Ermənilər  bırınci sinfə qədəm qoyan uşaqlarını şəhidlik məzarına apararaq onlara “Uşaqlar baxın və unutmayın, bu məzarlıqda yatan şəhidlərimizi Türklər qırmışlar”, “Bizim düşmənlərimiz  yalnız Türklədir” deyə anladırlar. Odur ki, Türk dünyası və gəncliyi Azərbaycanın haqq səsini dünyaya çatdırmalı,  Ermənistanın Beynəlxalq Təşkilatlar tərəfindən dəstəklənməsinin qarşısını aımaqda  yardımçı olmalıdırlar”.

Konfransın sonunda  görüşdə iştirak edən gənclər Qarabağda savaşa hər an hazır olduqlarını və nə zaman hücum əmri verilərsə,  həmən  döyüşmək üçün Qarabağa gələcəklərini bildiriblər.

R.Əliqızı  vətənpərvər Turançı gənclərlə keçirilən görüşün təşkiatçısı və rəhbəri İlleriş Mart Hana Azərbaycan həqiqətlərinin təbliği  istiqamətində gördüyü işlərə və fədakarlıqlara görə,  təşəkkürünü bildirib.

Qeyd edək ki, fevralın 26 da  gənclər İzmirin ən önəmli yerində saat 12:00-da  Xocalı soyqırımında şəhid olanların xatirəsini bir dəqiqə sükutla yad edəcəklər.

Gülnaz Qənbərli

Gununsesi.info