XƏBƏR LENTİ

15 Dekabr 2017

18 Noyabr 2017 - 12:40

Rusiya əhalisinin sayı 14 milyon azalacaq
Rusiyanın  yaxın on illiklərdə əhalisinin 14 milyon azalacağı  ilə bağlı həyacan təbili çalınıb.
Gununsesi.info “rosbalt”-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın Strateji Araşdırmalar Mərkəzi Ali İqtisadi Məktəblə birgə hazırladığı hesabatda yer alıb.
Hazırlanan hesabatda  Rusiyanın gözləyən dəhşətli demoqrafik dəyişikliklə bağlı həyəcan təbili açlınıb.  Araşdırmaçıların  proqnozlarına görə,  2035-ci ilədək Rusiya əhlisinin 1 milyon nəfər, 205-ci ilədək isə 14 milyon nəfər azalaraq, 143 milyondan 129 milyon nəfərə enəcəyi gözlənilir. Bununla da Rusiya əhalisinin saynda dünya ölkələri sırasında 9-cu yerdən 15-ci yerə enəcək.  Bununla da Rusiya Tanzaniya, Filippin və Meksika kimi ölkələrdən əhalisinin sayına görə geridə qalmış olacaq.
Strateji Araşdrıma Mərkəzinin sənədini hazırlayan müəllifin fikrinə görə, bunun obyektiv  və qanunuyğun səbəbləri var.
Araşdırmanın rəhbəri, Ali  iqtisadi məktəbin demoqrafia institutunun direktoru Anatoliy Vişnevskinin sözlərinə görə,  hesabat hazırlanarkən   hərtərəfli araşdırma aparılıb.
“1950-ci il statistikasına görə, Rusiya Federasiyanın əhalisinin sayə 103 milyon nəfər təşkil edirdisə, bu rəqəm 1929-ci ildə  148,6milyon nəfərə çatmışdı. Belə ki, 42 il ərzində Rusiya əhalisi 1,5 dəfə artmışdı. lakin 1993-cü ildən başlayaraq  2013-cü ilədək miqrasiya prosesi nəticəsində əhalinin sayı azalamağa doğru gedib.2013-cü ildə əhalinin sayının azalmasında bir dayanma baş verib və az da olsa artım baş verməyə başlayıb. 2016-ci ildən etibarən isə bu artım yenidən dayanıb”- deyə, A. Vişnevskiy vurğualyıb.
Vişnevski ğlkə əhalisinin azalmasının digər səbəbi Rusiya kimi ərazisi və əhalisi çox olan bir ölkənin əhalisinin sayı milyonlarla ölçülən şəhərlərinin az olması ilə izah edib. O deyib ki, bu gün Rusiyanın cəmi bir 12 milyonluq Moskva kimi şəhəri var. Bundan sonra 5 milyonluq Sankt-Peterburq kimi meqapolis şəhəri var. Ümumilikdə Rusuyada əhalisinin sayı milyondan çox olan 15 şəhər var və bunun 3-ü Uraldan Şərqdə yerləşir ki, bu da, ərazisi bu qədər böyük olan bir  ölkə üçün çox azdır.
 Rusiyada əhalinin sayının azalamasının daha 3 əsas faktoru bəlli edilib. Bunlar  doğum sayının azalması, ölüm faktının artması və miqrasiyadır. Vişnevskiy hesab edir ki, əhalinin gəlir səviyyəsinin az olması bu faktorları sürətləndirir.
Gununsesi.info