Rusiya Qarabağın Azərbaycanın xeyrinə ədalətli həllinə razılaşmayacaq

  • By admin
  • 18 Yanvar 2017 14:15
qubad 
“Dünənə qədər bəzi “uzaqgörən politoloqlar” iddia edirdilər ki, Kreml Dağlıq Qarabağ məsələsini yoluna qoymaq istəyir və bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir. Bəs, nə oldu? Nədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərt açıqlaması ilə Rusiyanın Qarabağ məsələsində mövqeyini bir daha və açıq formada bəyan etdi. O, dünən jurnalistin sualına cavab olaraq “Dağlıq Qarabağ münaqişəsi müstəsna olaraq Azərbaycanın daxili işi də deyil” sözləri ilə ermənipərəst mövqeni bəyan etdi”.
Gununsesi.info xəbər verir ki, bunu  Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu S.Lavrovun Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.Onun sözlərinə görə, S.Lavrov ermənilərə də mesaj verdi ki, “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, yəni Azərbaycan işğal altında olan əraziləri hərbi yolla işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva buna göz yummayacaq: “Ötən ilin aprel ayında olduğu kimi…
Mən Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyinin kifayət qədər əhəmiyyətli və təsiredici olduğunu inkar etmirəm”.  Q.İbadoğlu  bildirib ki, bununla əlaqədar diqqətinizi aşağıdakı 3 məsələyə cəlb etmək istərdim: “Əvvala, Azərbaycan xalqı birdəfəlik bilməlidir ki, Rusiya heç vaxt Qarabağ məsələsinin Azərbaycanın xeyrinə ədalətli həll olunması ilə razılamayacaq. Ona görə də Azərbaycan dövləti və ictimaiyyəti bu və digər məsələlərdə Rusiyadan birbaşa gözləntilərə son qoymalıdır. İkincisi, Lavrovun açıqlaması göstərdi ki, Qarabağ probleminin həllini istəməyən və ona imkan verməyən, elə bu rpoblemi yaradan da Rusiyadır. Nəhayət, üçüncüsü, Qarabağ münaqişəsinin həllinin bu qədər uzanması və Azərbaycanın mövqeyinin dəstək qazanmaması xarici siyasət kursunun düzgün qurulmamasının nəticəsidir. Odur ki, bu məsələnin həllində özümüzə güvənməliyik. Problemin həlli yolu da azad və demokratik, iqtsiadi cəhətdən qüdrətli dövlətdən, peşəkar ordudan və güclü vətəndaşdan keçir. Hər 3 şərtin formalaşması üçün Azərbaycanın indiki hakimiyyətinin şansı əvvəllər indikindən daha çox olub, amma indiyədək onlardaın ən azı ikisini dəyərləndirməyib”.
O, əlavə edib ki,  2016-cı ilədək 124,9 milyard dollarlıq neft və qaz gəlirlərinə malik olan və onun hər 4 dollarından 3 dolarını xərcləyən hakimiyyət hələ də nə demokratik imic, nə güclü iqtisadiyyatı formalaşdıra bilməyib. “Ordu quruculuğunda, silahlı qüvvələrin inkişafından nailiyyətlər əldə olunsa da bu da hazırda iqtisadiyyatda əlavə yükə çevrilib. Vətəndaşlara gəlincə, fərdi azadlıqların, açıq cəmiyyətin mövcud olmaması onları müasir inkişafdan geri qoyub, ölkədə güclü vətəndaş mövqeyinin yaranmasına başlıca əngələ çevrilib”-deyə, Q.İbadoğlu bildirib.
Mürtəza
Gununsesi.info