Rusiya yeni elektromaqnit “silah” ixtira edib - BU SİLAH PUA-LARI ZƏRƏRSİZLƏŞDİRƏCƏK

  • By admin
  • 24 Avqust 2017 11:46

m883806

Rusiya pilotsuz uçan aparatlara (PUA) qarşı mübarizə aparmaq üçün yeni elektromaqnit “silah” ixtira edib.

Rusiya Müdafiə Nazirliyinin baş elmi tədqiqat robottexnika təcrübə sınaq mərkəzi PUA-lara qarşı mübarizə və onları məhv etmək üçün “Stupor” elektromaqnit “silah” hazırlayıb.

Gununsesi.info tass-a istinadən xəbər verir ki, artıq yeni “silah”ın nümunəsi “Armiya-2017” sərgisində nümayiş olunub.

Mərkəzin təmsilçisinin sözlərinə görə, “Stupor” PUA-ların bir sıra elektromaqnit impulslarını, eyni zamanda onun kanallarının idarəolunmasını məhv edir.

Yeni elektromaqnit “silah” 2 km məsafədə uçan PUA-ları zərərsizləşdirmək qabliyyətinə malikdir. “Stupor” eyni zamanda, PUA-ların naviqasiya kanallarını pozmağa, dayandırmağa, onların ötürülməsini, həmçinin elektron optik diapazonda çəkilən foto və videokameraları pozmaq, zərərsizləşdirmək qabliyyətinə malikdir.

Bununla belə, bu “silah”ın insanlara, heyvanlara, nəqliyyat və digər uçan aparatlara yönəldilməsi qadağandır.

Gununsesi.info