Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nalçik şəhərində bir silahlı məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Kabarda-Balkar Respublikası hüquq-mühafizə orqanlarından bildiriblər.
“Urvan yaşayış məntəqəsi yaxınlığında baş verən atışma zamanı asayiş keşikçilərinə atəş açan silahlı məhv edilib. Hüquq-mühafizə orqanları əməkdaşları arasında itki yoxdur”, məlumatda deyilir.
Məlumata əsasən, axşam saatlarında təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildə olan şəxs onlara atəş açıb.
Gununsesi.info