Rusiyada avtomobil qəzası - Hava Desant Qoşunlarının komandanı yaralanıb

  • By admin
  • 20 Sentyabr 2017 07:30

123-pic685-685x390-83150

Rusiya Hava Desant Qoşunlarının komandanı  general-polkovnik Andrey Serdyukov Murmansk yaxınlığında baş verən avtomobil qəzasında xəsarət alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qəza Murmansk vilayətinin Kolski rayonunda baş verib.

“Fərdi minik avtomobilinin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çaxaraq hərbi karvanın tərkibində hərəkət edən mikroavtobusla toqquşub”, – deyə məlumatda bildirilir.

Qəza nəticəsində  Andrey Serdyukov və onu müşayiət edən hərbçilər xəsarət alıblar. Onlar hərbi hospitala yerləşdiriliblər, onlara artıq tibbi yardım göstərilib.  Serdyukovun  vəziyyətinin orta-ağır olduğu bildirilib.

Gununsesi.info