Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü - AİLƏ FACİƏSİ

  • By admin
  • 24 İyul 2017 12:11
dws-vs

Rusiyada azərbaycanlı ailənin  5 üzvü yanğında faciəvi şəkildə məhv olub. Hadisə Rusiyanın Krasnoyarsk diyarında baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  iyulun 24-də  yerli vaxta gecə  01.35-də Krasnodar diyarının Suxobuzimsk qəsəbəsi yaxnlığındakı  tikilidə yanğın baş verib. 

Yanğın nəticəsində ailənin başçısı üç oğlu və bir qızı ilə birlikdə yanaraq ölüb. 

Evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.

Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.

Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir.

Gununsesi.info