Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

17 Avqust 2017 - 17:54

“Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır”- MARİYA ZAXAROVA

mariya_zaxarova

“Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: “Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik  Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib”.

M.Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: “Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.

Gununsesi.info





loading...