Rusiyadan ən yeni silahların anonsu

  • By admin
  • 22 Mart 2018 23:45


Rusiyanın yeni silahlarının nümayişi göstərilir ki, müasir dünyada birtərəfli qaydada hərbi üstünlük əldə etmək mümkünsüzdür.

Gununsesi.info xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına müsahibəsində Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov deyib.

“Bu sistemlərin açıqlanması yeni silahlanma yarışının başlanması xarakterini daşımırdı. Hədəf bu deyildi. Bu dünyaya müasir zamanda birtərəfli üstünlük əldə etməyin təhlükəli olması barədə xəbərdarlıq idi. Texniki inkişafı dayandırmaq mümkün deyil. Ali baş komandan Federal Məclisdəki çıxışında bizim arsenalımızda olan hər şeyi ictimaiyyətə çatdırmayıb” – deyə o bildirib.

 

Gununsesi.info