Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

06 Dekabr 2017 - 10:12

Rusiyalı ulduz ərinə Maqomayevlə xəyanət edib- ŞOK İDDİA

Rusiyanın məşhur müğənnisi Svetlana Rezanova SSRİ xalq artisti Müslüm Maqomayev haqqında qalmaqallı bir iddia səsləndirib. 

Gununsesi.info xəbər verir ki, Rusiyanın birinci kanalında yayımlanan “На самом деле” verilişinə qonaq olan 75 yaşlı sənətçi azərbaycanlı müğənni ilə sevgili olduğunu qeyd edib.

Rezanova xalq artistinin o dövrdə evli olmadığını, başqa bir xanımla eşq yaşadığını bildirib. Aparıcı Dmitri Şepolovun suallarından sonra məlum olub ki, rusiyalı müğənni həmin dövrdə evli olub və Maqomayevlə 4 il ərzində münasibət yaşayıb.

Daha sonra efirdə Maqomayevin bacısı Tatyana Zayçeva sənətçinin səsləndirdiyi iddiaları təkzib edib.

O, qardaşının təkcə həyat yoldaşı Tamara Sinyavskayanı sevdiyini bildirib.

Bundan əlavə, Safaronovo sakini İrina Korotkova proqramda iddia edib ki, qızı Veronikanın atası azərbaycanlı müğənnidir. Layihə əməkdaşlarının köməkliyi ilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M. Maqomayev deyil.

İ. Korotoka mərhum ifaçının ailəsindən onun cənazəsinin açılmasını tələb edib.  O, israrla qızının Maqomayevdən olduğunu bildirib.

Gununsesi.info