“Rusiyanın Qarabağ məsələsində sonadək əsas oyunçu olacağına şübhə edirəm” - KERİ KAVANO

  • By admin
  • 19 Oktyabr 2017 11:04

739dfcc9fca609022bebe05ba067c136

“Rusiya 2016-cı ilin aprelində Qarabağ məsələsində əsas aparıcı oyunçu oldu. Amma mən şübhə edirəm ki, Rusiya hər zaman Qarabağ münaqişəsində əsas oyunçu olacaq”.

Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ-ın 1999-2002-ci illərdə ATƏT-in Minsk Qrupunda həmsədri olmuş Keri Kavano Helsinki komissiyasında Qarabağla bağlı təşkil olunmuş dinləmələrdən sonra təşkil olunmuş brifinqdə deyib.

Ameriaklı diplomat eyni zamanda, dinləmələrdə çıxış edən xələfi Ceyms Uorlikin fikirlərini bölüşərək Rusiyanın Qarabağ münaqişəsinin həllində səylər göstərdiyini və əlindən gələn nə varsa etdiyini bildirib.

Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsini təkbaşına həll etmək iqtidarında olmadığına əminliyini vurğulayan amerikalı diplomat əlavə edib ki, ona görə də Moskva gələcəkdə münaqişənin həlli ilə bağlı gərginliyin yaranmasında maraqlı deyil: “Çünki Rusiya yaxşı anlayır ki, o, hər zaman Qarabağ məsələsində əsas oyunçu ola bilməyəcək və mənim də buna şübhəm var”.

Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində müstəsna rolunu qeyd edən ATƏT-in Minsk Qrupundakı digər sabiq amerikalı həmsədr Ceym Uorlik isə bildirib ki, Vaşinqtonla Moskva arasında münasibətlərin gərgin olmasına baxmayaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Moskva ilə sıx əməkdaşlıq edilir: “Mən deyərdim ki, bu, o problemlərdəndir ki, biz bunun həllində birlikdə həqiqətən birgə fəaliyyət göstəririk”.

Amerikalı diplomat əlavə edib ki, Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimnlənməsinə sadiqdir.

ABŞ-ın münaqişənin tənzimlənməsində yaxından iştirakı məsələsinə gəldikdə isə Uorlik deyib ki, sabiq dövlət katibi Con Kerri özü bu prosesdə yaxından iştirak edirdi: “Hazırda bu administrasiyanın yeni həmsədri var. Mən ümid edirəm ki, bu administrasiya münaqişənin  həllində yaxından iştirak edəcək”.

Mürtəza

Gununsesi.info