Rusiyanın Sudandakı səfiri evində ölü tapılıb

  • By admin
  • 24 Avqust 2017 11:28

07

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinski paytaxt Xartumdakı evində ölü tapılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, 62 yaşlı Rusiya diplomatının ölüm səbəbləri hələlik bəlli deyil. O, Sudandan əvvəl Yəməndə, Misirdə, Səudiyyə Ərəbistanında və Ruandada çalışıb. Mirqayas Şirinski 2013-cü ildə Rusiyanın Sudandakı səfiri vəzifəsinə təyin edilib.

Eyni zamanda Sudanın xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Qariballah Əl-Hadar Rusiyanın Sudandakı səfiri M.Şirinski Xartumdakı evində öldüyünü rəsmi şəkildə təsdiqləyib.

Sudandan Xarici işlər Nazirliyinin Rusiya xalqına, hökumətinə və səfir Mirqayas Şirinskiynin yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirən Qariballah Əl-Hadar, Mirqayas Şirinskiynin iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək üçün səy göstərildiyini vurğulayıb.

Anar

Gununsesi.info