Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017
11 Dekabr 2017

22 Noyabr 2017 - 08:15

Rusiyanın Xəzər Donanması antiterror təlimləri keçirib

Gununsesi.info xəbər verir ki, Rusiyanın Xəzər Donanmasının Həştərxan, Mahaçqala və Kaspiysk şəhərlərindəki gəmi birləşmələri və hərbi hissələrində antiterror təlimlər keçirilib.  

Təlimlərə Xəzər Donanmasının 500 hərbçisi, 20-dək gəmi, kater və təchizat gəmisi, habelə 20 ədəd silah və hərbi texnikası cəlb edilib.

“Sualtı diversiya qruplarından istifadə edilməklə terror aktı təhlükəsi barədə siqnal daxil olduqda növbətçi və vaxta xidmətinin vəzifələrinin icrası, gəmi ekipajlarının verilən əmrləri yerinə yetirilməsi yoxlanılıb”, – deyə məlumatda bildirilir.

Təlim zamanı atılan addımlar nəticəsində hərbçilər şərti terrorçuları mühasirəyə alaraq məhv ediblər. Həmçinin təlim zamanı hərbi hissələrin ərazisində partladıcı qurğuların aşkarlandığı hallarda hərbçilər və mülki əməkdaşların görəcəyi tədbirlər yoxlanılıb.

Gununsesi.info





loading...