“Russia Today” “Palmali” haqda sifarişli informasiya yayıb - ŞİRKƏTİN RUSİYANIN VERGİ VƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARI İLƏ PROBLEMİ YOXDUR

  • By admin
  • 21 Noyabr 2017 16:32

“Palmali” Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti tərəfindən şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, “Palmali”nin regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirov “APA-Economics”ə bildirib ki, yayılan xəbərlər uydurmadır.

T.Nadirov deyib ki, bir neçə il bundan öncə Rusiyanın vergi orqanları “Palmali”ni vergidən yayınmaqda ittiham edib, lakin şirkətlər qrupu məhkəmə yolu ilə bunun əsassız olduğunu sübut edib.

“Qəti şəkildə bildirirəm ki, “Palmali” şirkətlər qrupunun Rusiyanın vergi və hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Bundan başqa, əminliklə deyirəm ki, bu qəbildən olan yazılar sifarişli xarakter daşıyır və uydurmalara əsaslanır. Bu yazının “Russia Today” telekanalı tərəfindən tirajlanmasına da təəccüblənmədim. Belə ki, bu telekanalın rəhbəri erməni əsilli Marqarita Simonyandır. Onu da qeyd edim ki, Simonyan Azərbaycana qarşı hər zaman ədalətsiz mövqedən çıxış edib. Bir daha deyirəm ki, şirkətimizin nümayəndəliyində heç bir yoxlama aparılmır”, – deyə o vurğulayıb.

Gununsesi.info