Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

14 Dekabr 2017 - 15:00

“Russian Today” telekanalı və “Sputnik” agentliyi Vaşinqton üçün təhlükəli görünür- PUTİN

“Trampa qiyməti mən verməməliyəm”.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Trampa amerikalılar qiymət verməlidir. “Həm də investorlar ABŞ-a etibar edirlər, bu isə vacib göstəricidir”, – deyə o vurğulayıb.

Putin ümidvar olduğunu bildirib ki, Trampın hələ də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyəti qalır. O qeyd edib ki, Ağ evin rəhbəri Moskva ilə əməkdaşlıq etmək istəyib və bunu seçkiöncəsi kampaniyası zamanı dəfələrlə bəyan edib. Bununla yanaşı, Rusiya prezidenti deyib ki, Tramp seçkiöncəsi vədlərini, o cümlədən Rusiya ilə bağlı vədlərini yerinə yetirə bilmir. Onun sözlərinə görə, buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir.

Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsinə gəldikdə isə Putin bu məsələnin uydurulduğunu bildirib: “Bəyəm, istənilən təmasları qadağan etmək lazımdır? Hər şeydən “xəfiyyəlik” yaratmaq olmaz”.

“Russian Today” telekanalı və “Sputnik” agentliyi ilə bağlı yaranmış vəziyyətə gəldikdə isə Rusiya prezidenti bildirib ki, sözügedən media qurumları Vaşinqton üçün təhlükəli görünür.

“ABŞ KİV-nin böyük həcmdə reklamları olsa da, məhdudiyyətlər Rusiya KİV-nə tətbiq olunur”, – deyə o vurğulayıb.

Gununsesi.info