Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

12 Dekabr 2017 - 13:40

Sənin adınla bağlı xalqımın hər zəfəri- FOTOLAR

 Müasir Azərbaycan tarixinin parlaq siması, xalqımızın umummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü Lənkəran Dövlət Universitetində silsilə tədbirlərlə yad edilib.

LDU-nun mətbuat xidmətindən Gununsesi.info-yaverilən məlumata görə mərasimə şəhər rəsmiləri, professor-müəllim-tələbə heyəti səhər saatlarında Lənkəran şəhərində dahi öndərin adını daşıyan mərkəzi meydana gələrək, əbədiyaşar liderin  xatirəsini ehtiramla yad ediblər. Anım mərasiminin iştirakçıları H.Əliyevin abidəsi önünə ziyarət edərək önünə təzə-tər çiçəklər düzüblər.

Anım mərasimi universitetin böyük akt zalında elmi konfransla davam etdirilib.

“Əbədiyaşar ümummilli liderimiz”adlı konfransı giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Ulu öndərin xatirəsi konfrans iştirakçıları tərəfindən 1 dəqiqəlik sukutla yad edilib. Konfrans işinə dövlət himnimizin ifası ilə start verib.

Sonra H.Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov H.Əliyevin Azərbaycan dövlətinin  tərəqqisi naminə  gördüyü çoxşaxəli yorulmaz  fəaliyyətindən söz açıb, bu müdrik şəxsiyyətin ölkədə  təhsilin inkişafına böyük önəm verdiyindən faktlar əsasında ətraflı bəhs  edib. “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir “ deyən ulu öndərin bu ali təhsil ocağında daim hörmətlə anıldığını deyib, ölkədə təhsil islahatlarının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Konfransda LDU-nun baş müəllimi, humanitar fakültənin dekanı vəzifəsini  icra edən, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudovun “H.Əliyev Azərbaycanın əbədiyaşar lideridir”, Xarici dillər kafedrasının müdiri, dosent Kamran Kazımovun “Sənin adınla bağlı xalqımın hər zəfəri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə  bu dahi şəxsiyyətin Azərbaycan və dünya tarixində oynadığı roldan,xalqımızın rifahı,ölkəmizin çiçəklənməsi naminə gördüyü işlərdən, Lənkəran rayonuna etdiyi çoxsaylı səfərlərindən, rəhbərə olan xalq sevgisindən, prezident İlham Əliyev tərəfindən H.Əliyev ideyalarının uğurla davam etdirilməsindən ətraflı bəhs edilib.

Konfrans H.Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün universitetlərdə keçirilən ilk dərslər “H.Əliyev və Azərbaycan” mövzusuna həsr edilib.

Esmira İsmayılova 

LDU-nun mətbuat xidməti

Gununsesi.info