Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

21 Noyabr 2017 - 09:40

Səudiyyə Ərəbistanı və İran niyə yola getmir?- ARAŞDIRMA

Gununsesi.info 

Səudiyyə Ərəbistanla İran arasında münasibətlər gərgindir. Onlar həmişə rəqib olub, lakin son zamanlar araları lap dəyib.

Səudiyyə Ərəbistanı və İran niyə yola getmirlər?

İki qüdrətli qonşu – Səudiyyə Ərəbistanı və İran arasında regional liderlik uğrunda şiddətli mübarizə gedir.

Onilliklər ərzində davam edən düşmənçiliyi şiə-sünni ədavəti daha da ağırlaşdırır.

Sünni-şiə ədavəti Yaxın Şərqin siyasi xəritəsində də özünü göstərməkdədir.

İslamın yarandığı ərazi və monarxiya olan Səudiyyə Ərəbistanı tarixən özünü müsəlman dünyasının lideri kimi aparıb.

Lakin 1979-cu ildə İranda İslam inqilabı nəticəsində yeni tip dövlət – teokratiya – yarandıqdan sonra, İran bu modeli ixrac etmək niyyətini ortaya qoydu.

Son 15 ildə Səudiyyə və İran arasında ziddiyyətlər daha da dərinləşib.

2003-cü ildə ABŞ koalisiyasının işğalı nəticəsində İranın əsas düşməni, sünni ərəb Səddam Hüseyn devrildi.

O zamandan bəri İranın İraq üzərində təsiri artmaqda davam edir.

2011-ci ildə Ərəb dünyasını bürümüş üsyanlar regionda siyasi qeyri-sabitliyin yaranmasına səbəb oldu. İran və Səudiyyə Ərəbistanı həmin hadisələrdən təsir dairələrini genişləndirmək üçün istifadə etdilər, xüsusilə, Suriya, Bəhreyn və Yəməndə, bu Ər-Riyadla Tehran arasında qarşılıqlı şübhələr güclənməkdə davam edib.

İranın tənqidçiləri deyir ki, Tehranın məqsədi Aralıq dənizindən İranadək uzanan ərazini nəzarəti altında saxlamaqdır.

Vəziyyət necə oldu korlandı?

Strateji rəqabətin kəskinləşməsinə səbəb İranın regional mübarizədə bir çox hallarda üstünlük əldə etməsi ilə bağlıdır.

Suriyada, İranın (və Rusiyanın) köməyi ilə prezident Bəşər əl-Əsəd Səudiyyənin dəstəklədiyi qrupları yox etməyə müvəffəq oldu.

Səudiyyə Ərəbistanı İranın artan nüfuzunun qarşısını almağa çalışır və ölkənin de-fakto rəhbəri olan gənc və impulsiv vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hərbi avantürası regional gərginliyi dərinləşdirir.

O, İranın təsirinin qarşısını almaq üçün Yəməndə üsyançılara qarşı müharibəyə başladı, lakin 3 il keçəndən sonra bu qumarın bahalı bir oyuna çevrildiyi aydın oldu.

Bu arada Livanda isə, bir çox müşahidəçinin zənn etdiyinə görə, səudiyyəlilər Baş nazirə təzyiq göstərərək onu istefa verməyə məcbur ediblər ki, İranın müttəfiqi olan Hizbullahın böyük nüfuza malik olduğu Livanda vəziyyət gərginləşsin, sabitlik pozulsun.

Burada xarici oyunçuların da təsiri var. Səudiyyə Ərəbistanı Trump administrasiyasının dəstəyinə arxalanır, İranı özünün qatı düşməni sayan İsrail isə müəyyən dərəcədə Səudiyyənin İrana qarşı səylərini dəstəkləyir.Abdul Fattah al-Sisi (left), Salman bin Adbulaziz (centre) and Donald Trump put their hands on an illuminated globe, Riyadh (21/05/17)

İsrail Suriyadakı iranpərəst döyüşçülərin sərhədlərinə yaxınlaşmasından narahatdır.

2015-ci ildə İranla bağlanmış nüvə razılığına da ən çox etiraz edən iki ölkə İsrail və Səudiyyə olub, onlar hesab edib ki, İran nüvə bombası əldə etmək hədəfindən kifayət qədər böyük məsafəyə uzaqlaşdırılmayıb.

Onların regiondakı müttəfiqləri kimdir?

Ümumilikdə, demək olar kı, Yaxış Şərqin strateji xəritəsində şiə-sünni ədavəti öz əksini tapıb.

Səudiyyənin tərəfində əsas sünni oyunçular olan Körfəz dövlətləri yer alıb – BƏƏ, Küveyt və Bəhreyn, eyni zamanda Misir və İordaniya.

İran tərəfində isə Tehran və Livanın iranpərəst, hərbiləşdirilmiş Hizbullah təşkilatı tərəfindən dəstəklənən Suriya höküməti durur.

Şiələrin üstünlük təşkil etdiyi İraq höküməti də Tehranın yaxın müttəfiqidir, parodoksal görünsə də, İraq eyni zamanda Washington-la da sıx əlaqələr saxlamaqdadır və özünü İslam Dövləti (İD) adlandıran qrupa qarşı mübarizədə Washington-un dəstəyinə arxalanır.

Səudiyyə-İran qarşıdurması özünü necə göstərir?

Səudiyyə ilə İran arasında münasibətlər Soyuq Müharibə dövründəki ABŞ-SSRİ qarşıdurmasına bənzəyir.

İran və Səudiyyə Ərəbistanı arasında birbaşa toqquşmalar baş vermir, lakin bütün region boyu baş verən hərbi qarşıdurmalarda hərəsi öz təsiri altında olan ortağına dəstək verir.

Bunun təsdiqini Suriyada görmək mümkündür, Yəməndə isə Səudiyyə Ərəbistanı İranı, husiləri Səudiyyənin ərazisinə atdıqları ballistik raketlərlə təchiz etməkdə ittiham edib.Houthi rebels in Sanaa (file photo)  

İran-Səudiyyə qarşıdurmasının baş verdiyi meydanlardan biri də Yəməndir.

Yəmən bataqlığında ilişib qalan, xüsusilə də Suriyada məğlub olan Səudiyyə, növbəti proksi davası üçün deyəsən bu dəfə də Livanı göz altına alıb.

Livan da Suriya kimi xaosa qərq ola bilər, lakin bu ölkənin Səudiyyənin çaldığı musiqini çalacağına inanan təhlilçilər çox deyil.

Livanda münaqişə baş verərsə, həmin münaqişəyə Hizbullaha əks qüvvə kimi İsrailin də qatılacağı ehtimalı böyükdür, bu isə üçüncü İsrail-Livan müharibəsi demək olacaq və bu müharibə digər davalardan daha amansız və dağıdıcı olacaq.

Bəzi təhlilçilər sual edir ki, bəlkə Səudiyyə vəliəhdinin planı elə İsraili Hizbullahla toqquşdurmaqdan və bu yolla bu təşkilata ağır zərbə vurmaqdan ibarətdir?

Səudiyyə ilə İran arasında birbaşa müharibə başlaya bilərmi?

Hələlik Tehranla Ər-Riyad arasında dava proksilər, yəni ortaqlar vasitəsilə gedib. Heç bir tərəf əslində birbaşa müharibə başlamaq üçün səy göstərmir, lakin Yəməndən Səudiyyə paytaxtına cəmi bircə uğurlu raket atəşi işləri korlaya bilər.

Tərəflər arasında birbaşa toqquşma baş verməsinin mümkün zonası Körfəz suları ola bilər, çünki oradan hər iki ölkənin dəniz sərhədi keçir.

Lakin burada da münaqişənin genişlənməsi riski böyükdür, çünki ABŞ və Qərb dövlətləri üçün Körfəz üzərindən sərbəst dəniz hərəkəti imkanı xüsusi əhəmiyyət kəsb edir və gəmiçiliklə neft daşımaları üçün həyati əhəmiyyətə malik olan bu marşrutda hər hansı əngəlin yaranması ABŞ-ı həmin münaqişəyə asanlıqla çəkə bilər.

Uzun müddətdir ki, ABŞ və onun müttəfiqləri İranı Yaxın Şərqdə sabitliyi pozan amil kimi görür.

Səudiyyə rəhbərliyi də getdikcə İranı özünə təhlükə kimi görür və Tehranın artan təsirinin qarşısının alınması üçün vəliəhd, deyəsən, fürsət tapan kimi İranla qarşıdurmaya girməyi özünə borc sayır.

Bəla burasındadır kı, Səudiyyə Ərəbistanının bu cür yeni fəallığı regionda sürətlə yeni sabitsizlik ocağına çevrilir.

Gununsesi.info





loading...