Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

15 Dekabr 2017 - 15:26

Səudiyyə və Yəmən “İstanbul sammiti”ni niyə ciddiyə almadı?- ŞƏRH
Fələstinə azadlıq tələb edən Zirvə toplantısında Səudiyyə və Yəmənin yüksək səviyyədə iştirak etməməsi acınacaqlıdır.
Gununsesi.info xəbər verir ki, bunu siyasi icmalçı azər Rəşidoğlu İƏT-in İstabul sammitininin yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə,  İslam Əməkdaşlığı Təşkilatının  (İƏT) “İstanbul sammiti”nə Səduyyə və Yəmən dövlət başçıları səviyyəsində qatılmadı. “İƏT-in sammiti məhz dövlət başçılarının toplantısı idi və bu qurumun əsas hədəflərindən biri Fələstinə azadlıq tələb etməkdir. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz həmin gün Riyadda BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid əl-Nahyanı qəbul edib. İstanbul Zirvəsində dövlət başçıları Qüdslə bağlı qərarlar qəbul edərkən kralın görüşündə Yəməndə husilərlə mübarizə müzakirə mövzusu olub. Yəni, müsəlmanlara qarşı mübarizə, yəhudilərə qarşı deyil”- deyə, o vurğulayıb.
Rəşidoğlu əlavə edib ki, İƏT-in baş katibi olan və baş qərargahı Səudyyədə yerləşən bir ölkənin Fələstinə verdiyi qiymət budur: “Səudiyyə Ərəbistanı İstanbul zirvəsində nazir müavini səviyyəsində təmsil olunub. Burada bir xatırlatma, Yalta konfransından qayıdan Trumen gedir Səud kralıi lə görüşür və ondan sonra iki ölkə əlaqələri inkişaf edir. Səudun təkcə dövlətin 700 milyard dolları Amerika birjalarındadır. Ümumilikdə isə 2 trilyon aktivləri var. Amerika silahları səudlara satır. Ən son Trampla 110 milyard dollar dəyərində silah anlaşması imzalandı və bu silah elə müsəlmanlara qarşı yönəlmək üçün idi. Türkiyənin təşəbbüsü ilə çağrılan, Fələstinə azadlıq tələb edən Zirvə toplantısında Səudiyyə və Yəmənin yüksək səviyyədə iştirak etməməsi acınacaqlıdır. Sonra deyirik ki, müsəlmanlar birləşib, İsraili dağıdacaq…
Mürtəza
Gununsesi.info