Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

14 Dekabr 2017 - 14:36

Səyavuş Aslanın oğlundan səfalətdən fəryad edən qardaşına cavab- "ÖZÜMƏ KÖMƏK EDƏN LAZIMDIR"

Mərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingizin dolanışığından danışaraq, “Yeməyə çörək tapmıram” deməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Gununsesi.info xəbər verir ki, yenicag.az onun Rusiyada yaşayan qardaşı hacı Eldar Aslanla əlaqə saxlayıb. Qardaşının verdiyi açıqlamalarla bağlı danışmaq istəmədiyini söyləyən Eldar çətinliklə də olsa, suallarımızı cavablandırdı.

– Bakıda yaşayan qardaşınız Çingizlə münasibətiniz necədir?
– Yaxşı, nolub ki?

– Müsahibə verərək, məhrumiyyətlər içərisində yaşadığını və yeməyə çörək tapmadığını deyib…
– Biz həqiqətən də məhrumiyyətlər içərisində yaşayırıq. Amma mən öz dərdimizi el-aləmə car çəkib, şikayət etməyi xoşlamıram. Bu barədə də israr etməyin, suallarınızı cavablandırmayacam.

– Qardaşınız artıq bu barədə danışıb…
– Özü bilər, necə məsləhət bilibsə, elə də edib.

– Bir qardaş kimi onun hansı vəziyyətdə yaşamağından xəbəriniz var?
– Mən dedim axı, bu barədə danışmayacam.

– Çoxları sizi ona kömək etməməkdə qınayır…
– Mənim özümə kömək edən lazımdır. Üç uşaq, bir qardaş yiyəsiyəm. Ailədə yeganə işləyən mənəm. Nə qazanıram ki, hələ kiməsə də kömək edim? Bacardığım qədər balalarıma da, qardaşıma da əl tuturam.

– Qardaşınızı bu açıqlamaya görə qınayırsız?
– Gərək el-aləmə bu barədə car çəkməyəydi.

– Buna görə ondan inciyirsiz?
– Bu, birinci hal deyil. Qardaşım həmişə bu barədə danışıb. Amma mən ondan qırıla bilmirəm, cünkü doğmamdır.

– Onu düşdüyü vəziyyətdən xilas etmək üçün düşünəcəksiz?
– Mən evsiz-eşiksiz, dərviş adamam. Çöllərdə, başqa ölkələrdə bir qarın çörəkpulu üçün işləyirəm. Balalarıma, qardaşıma və özümə görə… Əlimdən nə gəlir, onu da edirəm. Zəngin və biznesmen deyiləm ki, ona da, özümə də ev, maşın alım. Maaşla dolanan adamam.

– Amma bir vaxtlar xeyriyyəçiliklə məşğul idiniz.
– O 10 il əvvəl idi… İndi hər şey dəyişib. Xahiş edirəm, daha sual verməyin. Xətrinizə dəymək istəmədiyim üçün danışdım.

Ürəyim çox doludur. Amma danışmaq istəmirəm. Çünki faydasız və nəticəsizdir. Bu bizə dedi-qodudan başqa bir şey verməyəcək. Kim nə deyir, nə danışır, danışsın. Elə bilirsiniz məni maraqlandırır?Bu qeybətdən bizim ailəmizə pul gəlir?

Qeyd edək ki, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz sözügedən müsahibəsini “Şərq” qəzetinə verib.

Gununsesi.info