Şəbnəm Tovuzlu: “Boşanandan sonra müğənni oldum və İLDƏ BİR MAŞIN DƏYİŞİRDİM" (VİDEO)

  • By admin
  • 21 Yanvar 2017 13:17

sebnem2

Şou-biznes nümayəndəsi Şəbnəm Tovuzlu ARB TV-nin “Evgördü” verilişinin qonağı olub.

Gununsesi.info xəbər verir ki, müğənni proqramda maraqlı açıqlamalar verib.
Ş.Tovuzlu ailəsindən və sənətə gəlişindən danışıb:

“Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim, Bakıda qaldım. Qızım üçün gələcək qurmaq istəyirdim.

Müğənnilliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun, kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya maşın aldım. Çox əziyyət çəkdim. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki maşınım 8-cidir. 10 ildir maşın sürürəm”.

Gununsesi.info