Şəbnəm Tovuzlu yol qaydalarını mahnı oxuya-oxuya pozdu - VİDEO

  • By admin
  • 24 İyul 2017 10:30

566052

Müğənni Şəbnəm Tovuzlu yenə gündəmdədir. Bu dəfə də sənəti ilə yox, kobud qayda pozuntusu ilə.

Gununsesi.info avtosfer.az-a istinadən xəbər verir ki, müğənni özü İnstagram-da video paylaşaraq avtomobildə mahnı oxuduğunu nümayiş etdirib. Hadisə baş verən vaxt avtomobili başqa bir xanım idarə edib. Onların hər ikisi təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, Şəbnəm Tovuzlu video çəkərkən sürücünün diqqətini yayındırıb. İnzibati Xətalar Məcəlləsinə görə, sükan arxasında olan sürücünün diqqətini yayındırmaq 40 manat cərimə ilə nəticələnə bilər. Bundan əlavə, Şəbnəm Tovuzlu sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 30 manat cərimə olunmalıdır.

Cərimələr bir yana, onun bu hərəkəti olduqca təhlükəlidir. Sürücünün diqqətini yayındırdığı üçün hər an qəza baş verə bilər. Elə buna görə də, sosial şəbəkələrdə yayılan bu videoya belə şərhlər yazılıb: “Vaxtınız olanda yola da baxın ki, kimisə bədbəxt eləməyin”.

Gununsesi.info