Səfər ayı başa çatdı

  • By admin
  • 20 Noyabr 2017 10:24

İslam aləmində ağır hesab edilən səfər ayı bu gün başa çatır. Sentyabrın 22-dən başlayan Hicri təqviminin Məhərrəm və Səfər ayları üçün sonuncu gündür. 

Gununsesi.info xəbər verir ki, Məhərrəm ayı 2017-ci il sentyabr ayının 22-nə təsadüf etmişdi.

Məhərrəm ayı oktyabrın 20-də sona çatmış, oktyabrın 21-dən isə Səfər ayı başlamışdı.

Qeyd edək ki, hicri-qəməri təqvimində imam Hüseyn əleyhissalamın şəhadətinin 40-cı günündən savayı, rəsuli-əkrəmin (s.ə.s), eyni zamanda İmam Həsən (s) və İmam Rzanın (s) vəfat tarixləri də məhərrəm ayından sonra gələn səfər ayına təsadüf etdiyindən müsəlmanlar bu ayı da haram ay kimi qəbul edir və o, başa çatmamış toy-nişan, şadyanalıq etməkdən çəkinirlər.

Şəbnəm Rəhimova

Gununsesi.info