Səfər ayının sonuncu günü noyabrın 19-na təsadüf edir - RƏBİÜL-ƏVVƏL AYI BAŞLAYIR

  • By admin
  • 10 Noyabr 2017 17:54

Gələn həftə Hicri-qəməri təqvimi ilə Səfər ayı başa çatacaq.

Gununsesi.info xəbər verir ki, Səfər ayının sonuncu günü Miladi təqvimi ilə noyabrın 19-na təsadüf edir.

Noyabrın 20-si Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı başlayır.

Qeyd edək ki, Məhərrəm və Səfər ayları ərzində Azərbaycan əhalisinin böyük əksəriyyəti toy, nişan, elçilik kimi mərasimlər keçirmir. Xalq arasında Məhərrəm və Səfər ayları ümumi şəkildə “məhərrəmlik” adlandırılır.

Gununsesi.info