Səhər oxuyub, gecə mühafizəçi işləyən TƏLƏBƏNİ ÖLDÜRÜBLƏR

  • By admin
  • 21 Fevral 2018 12:13

Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevi qətlə yetirməkdə təqsirləndirilən iki nəfər –  Rəşad Həsənov və Aftandil Məmmədov məhkəmə qarşısına çıxarılıb. Bu qətl hadisəsi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Şəkər Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Gununsesi.info xəbər verir ki, tələbə oğurluğun qarşısını almaq istərkən mübahisə yaranıb və ölümlə nəticələnib.

Samir Mehdiyevin meyiti tapıldığı ilk günlərdə onun yol qəzası nəticəsində vurulduğu ehtimal olunub, hətta bu istiqamətdə istintaq aparılıb.

Üzərində zorakılıq əlamətləri olan meyit 2017-ci ilin iyulunda Bakının Nəsimi rayonu, Fikrət Əmirov küçəsində aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Təhlükəsizlik  Xidməti kameralarına baxış keçirilərkən həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.

Bu səbəbdən istintaq orqanı yenə də qətl hadisəsi ilə bağlı araşdırma aparıb. Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs olunub.

Təhlükəsiz Şəhər Xidmətinin kameralarını izləyərkən, həmin ərazidə 3 nəfər arasında dava-dalaş olub, onlar bir nəfəri döyüblər.

İstintaq zamanı məlum olub ki, Samir Mehdiyev həmin ərazidəki tikinti şirkətlərindən birinin inşa etdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov həmin ərazidən tikinti materialları oğurlamaq istəyib. Amma Samir Mehdiyev onların oğurluğunun qarşısını almaq istəyib. Onların arasında mübahisə yaranıb və Samir Mehdiyevi döyərək öldürüblər.

Gülər

Gunusesi.info